Saç əkimi FUE üsulu ilə necə həyata keçirilir?

Saç əkimi; genetik olaraq tökülməyən və sağlam olan saç köklərinin ənsə nahiyəsindən və ya bədənin digər hissələrindən (saqqal, sinə) götürülərək, saçsız və ya seyrək bölgələrə təcrübəli mütəxəssislər tərəfindən təkli, ikili və üçlü qruplar şəklində köçürülməsi prosesidir.

Prosedur zamanı pasiyentin şüuru tamamilə açıq olur, çünki əməliyyat lokal anesteziya altında icra edilir. Köçürülən tüklər şəxsin öz kökləridir. Prosesin müddəti köçürüləcək köklərin sayından asılı olaraq orta hesabla 4–8 saat çəkir. Müasir dövrdə ən ideal və effektiv saç transplantasiyası metodu FUE (Follicular Unit Extraction) hesab olunur.

Saç Əkimi Öncəsi Diqqət Edilməli Məqamlar

  • Əməliyyatdan əvvəl saçlar yuyulmalı, saçlara kənar losyon, gel və s. vurulmamalıdır.
  • Aspirin və digər qan durulducu dərmanların qəbulu 1 həftə öncədən dayandırılmalıdır.
  • Alkoqol qəbulu 3 gün öncədən, siqaret çəkmək isə 1 gün öncədən dayandırılmalıdır.
  • Ürək, şəkər və təzyiq xəstələri istifadə etdikləri dərmanlar barədə mütləq həkimə məlumat verməlidirlər.

FUE Saç Əkimi Mərhələləri

1. Hazırlıq

Gərəkli məlumatlandırma, analizlər və planlamadan sonra saçlar qırxılır və donor zonası lokal anesteziya ilə keyidilir.

2. Saç köklərinin toplanması

Şəxsin saç quruluşuna uyğun olaraq 0,6 – 0,9 mm diametrli mikro-pançlar vasitəsilə saç kökləri (qreftlər) donor nahiyədən təkli və qruplar şəklində götürülərək xüsusi məhlulda saxlanılır.

3. Saç xəttinin müəyyən edilməsi

Alın və saç xətti şəxsin üz cizgilərinə və yaşına uyğun təyin edilməlidir. Təbii görünüşün əldə olunması bu mərhələdə çox vacibdir.

4. Kanalların açılması

Toplanan köklərin yerləşdirilməsi üçün seyrək bölgələrdə mikro-kanallar açılır. Kanalların bucağı və sıxlığı fue saç əkimi nəticəsinin təbii görünməsi üçün peşəkarlıq tələb edən əsas məqamdır.

5. Saç köklərinin transferi

Son mərhələdə hazırlanan qreftlər açılmış kanallara mikro-pinsetlərlə tək-tək yerləşdirilir və proses tamamlanır.

Sağalma Dövrü

Əkilən saçlar 7–10 gün ərzində sağalır. Təxminən 1 ay sonra əkilən saçların tamamilə tökülməsi (şok tökülmə) normal haldır və narahatlığa əsas yoxdur. 3–4 aydan sonra saçlar görünməyə başlayır, 6–8 ay ərzində yarısından çoxu, 1 ilin sonunda isə hamısı çıxaraq yekun formasını alır.

Əməliyyatdan Əvvəl və Sonra Tövsiyələr

Öncə:

  • B və E vitaminləri qanamanı artıra biləcəyi üçün 1 həftə öncədən dayandırılmalıdır.
  • Əməliyyat günü rahat geyinib-çıxarılan paltarlar (düyməli köynək, kardiqan) seçilməlidir.
  • Gəlmədən əvvəl mütləq səhər yeməyi yeyilməlidir.
  • Kofe və kofeinli içkilər 1 gün öncədən məhdudlaşdırılmalıdır.

Sonra:

  • Həkimin verdiyi dərmanları vaxtında istifadə edin.
  • İlk 3 gün yatarkən kürəyi üstə yatın və əkilən zonanı yastıqla təmasdan qoruyun.
  • 15 gün ərzində ağır idman, hovuz, hamam, dəniz və birbaşa günəş şüalarından qaçının.
  • Sıx papaqlar və beret tipli başlıqlar taxmayın.

Saç Əkimi Sonrası İlk Yuma

Yuma prosesi əməliyyatın 3-cü günündən başlayır. Verilən losyonu əkilən və donor nahiyəyə çəkib 30-60 dəqiqə gözlədikdən sonra təzyiqsiz su ilə yaxalamalısınız. Şampunla yuduqda əkilən zonaya sürtmə hərəkəti etmədən, yüngül toxunuşlarla toxunmaq lazımdır. Qətiyyən qaşımayın. Saçları yuduqdan sonra dəsmalla sürtmədən nəmini alın və fenin soyuq rejimi ilə qurudun.

Professional Saç Əkimi

Ağrısız saç əkimi üçün
rezervasiya edin

İndi Rezerv Et